May 5th, 2019

Deputatlarımıza hansı məsələni qaldırmağın haqqında

İndi deputat Aydın Mirzəzadəni eşitdim. Deyir ki, "Formula1" zamanı Neftçilər prospekti bağlandığına görə şəhərdə hərəkət etmək olmur. Ona görə də daha bir prospekt tikmək lazımdır. Deyil pulumuz çoxdur, tikərik.

İndi mən ona demək istərdim ki, yeni prospekti tikməyin nə mənası? O da maşınlarla dolacaq, yenə tıxaqlar yaranacaq. Ondansa, Bakıda tramvay nəqliyyatını bərpa edin. Bakıda tramvay olub, ancaq məhv edilib. Onun metro kimi öz xətti olur, oraya maşınlar girməz. Onun vasitəsi ilə istənilən istiqamətə tez çatmaq olur. İnsanlar hətta öz maşınlarını qırağa qoyub onunla gedib gələcəklər. Çünki maşınla getmək tıxaclarda vaxt itirməkdir. Onda maşınların da sayı şəhərdə azalar.

Sonra xüsusi zolaqla gedən trolleybusları işə salın. O zolaqlara da maşın girməz. Ona görə trolleybus tramvay kimi fasiləsiz işləyər. Onunla da insanları çoxu gedib-gələr, küçələr boşalar. Qabaq olub Bakıda trolleybus. Ancaq məhv edilib.

Ekoloji baxımdan da şəhər təmizlənər. Benzinlə işləyən maşınlar azalar, elektrik cərəyanla işləyən tramvay-trolleybus isə havanı korlamaz. Ağaclar Bakıda getdikcə azalır, məhv edilir. Ona görə oksigen azalır. Heç olmasa ekoloji təmiz nəqliyyatla bu itkini bir az düzəltmək olar.

Bakı kəndlərinı gedən elektrik qatarları bərpa etmək lazımdır. Onlar da Bakıda olub, ancaq məhv edilib. Bu da Hava limanı və başqa kənd yollarını maşınlardan və avtobuslarda boşaldar.

Yoxsa yenə yol düzəldib millionları xərcləməyin nə mənası? Pul silməkdən başqa heçnəyə nail olunmayacaq. Tramvay-trolleybusun-elektrik qatarların isə yaradılmasına vəsait nisbətən az xərclənər, həmdə uzaq başı 2 ilə bütün çəkilən xərclər ödənər və kələcək illər Bakı büdcəsinə böyük gəlirlər gətirər. Yeni daimi iş yerləri açılar.