September 22nd, 2019

Mənəviyyatsız millət haqqında

Bir alimimizlə danışıram. Soruşur məndən ki, sən çoxlu yazırsan, buna görə nə qədər pul alırsan? Dedim ona ki, mən 12 kitab və 100 çox məqalə müəllifiyəm. Bunban başqa gündə Facebookda statuslar yazıram, bəzən mətbuatda çıxış edirəm. Və bunların hamısını pulsuz edirəm.

Alim gülümsədi və dedi ki, sən bizim aləmin adamı deyilsən. Nə xeyri var sənin yazılarına ki, ondan xeyir yoxdur? Dedim mənim kitablarımı xarici alimlər tanıyıb və onlara istinad edir, mənim kitablarımla tələbələr universitetlərdə oxuyur. Fəaliyyətimlə azdan-çoxdan bir azərbaycanlı alim kimi tanınmışan bir sıra ölkələrdə. Ancaq bu sözlərimə o alim gülümsədi, göstərdi ki, sənin başın xarabdır, havayi iş görürsən.

Onda dedim o alimə ki, mən heç də havai işləri görmürəm, mənəvi həzz alıram, bu mənim runumu zənginləşdirir. Ancaq yenə də xeyri olmadı, deyir xeyrin yoxdursa dəlisən.

Fikirləşdim ki, bizim alim bu gündədirsə, biz sadə camaatdan nə umuruq? Mənəviyyat yoxdur bizim cəmiyyətdə. Daha doğrusu mənəviyyatı din kimi qəbul edir bizim adamlar. Dindən isə ya pul gəlir, ya da cənnət vəd olunur ki, bu da xeyirdir, puldur. Yəni mənəviyyat=dinə=pul.

Məhz bununla da biz başqa millətlərdən seçilirik. Bizm bütümüz yalnız puldur, mənəviyyatımız isə pula bərabər din. Başqa millətlər isə (elə həmin gürcü, erməni, rus və s.) pulla bərabər mənəviyyatla yaşayır. Mənəviyyatı da hər bir ruhu təmin edən şeydə görür, təkcə dində yox.

Keçmişdə istehsalatda mənimlə rus, erməni, yəhudi və s. fəhlə işləyirdi. Bizim fəhlələr tənəffüslərdə qumar və boş işlərlə vaxt keçirirdilər. Obiri millətlər isə kitab oxuyurdular, özlərinə görə ixtiralar edirdilər. Özü də pulsuz.

Küçələrdə o zamanlar rus uşaqları dronlar, uçan aparatlar üçün modellər düzəldirdilər bulvarda. O da pulsuz, çünki maraqlı idi onlara, mənəvi həzz alırdılar. Bizim azərbaycanlı uşaqları isə tinlərda avaralanırdılar. Ən yaxşı halda alverə girişirdilər ki, o da pul üçün.

Nəticə də belədir ki, o pulsuz Bakı bulvarında mənəviyyatını təmin edən yəhudi uşağı indi dünya təyyarələrinin istehsalındadır, tənəffüslərdə pulsuz tarixlərini öyrənən ermənilər bizə qalib gəldi. Biz isə hətta elmdə alverdəyik, heç nə də əldə etməmişik. Acınacaqlısı da odur ki, indi də heç nə dəyişməyib. Ona görə nəsə gələcəyə də ümidsizəm. Millətimizim mənəviyyatsızlığı və ifrat pula tapınması bizi məhvə doğru aparır.